• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bayden-Putin görüşü - Kremldən açıqlama



ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə noyabrda görüşəcəyini istisna etməyib.

Ölkə.Az xəbər verir ki, Baydenin fikrincə, belə bir mümkün görüş noyabrda Braziliyada keçiriləcək G20 sammitində baş tuta bilər və bu istisna deyil. 

Lakin Bayden Putinin tədbirə qatılacağına şübhə ilə yanaşıb. 

Bayden-Putin görüşünü şərh edən RF prezidetinin mətbuat katibi Dmitri Peskov deyib ki, görüşün müzakirəsi üçün heç bir ilkin şərt yoxdur və səfərlə bağlı qərar qəbul edilməyib.

“Bu məsələ ilə bağlı heç bir danışıqlar olmayıb və hazırda heç bir ilkin şərt yoxdur, baxmayaraq ki, prezident dəfələrlə bütün təmaslara açıq olduğunu bildirib", - Peskov qeyd edib.

Qeyd edək ki, G20 sammiti noyabrın 18-19-da Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. 

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.027569055557251