• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İran İsrailin hücumuna qarşı bu qırıcılardan İSTİFADƏ EDƏCƏK



İranın İsraildən gözlənilən hücumu dəf etmək üçün Rusiyadan aldığı "Su-35" qırıcılarından istifadə edəcəyi gözlənilir.

"Ölkə.az" xəbər verir ki, bu barədə telegram kanalları məlumat yayıb.

BBC-nin məlumatına görə, Tehran və Moskva arasında hərbi-texniki əməkdaşlıq Rusiyanın 2022-ci ildə başlatdığı Ukrayna müharibəsi, eləcə də İranın İsrailə hücumları ilə bağlıdır ki, bu da yaxın gələcəkdə genişmiqyaslı münaqişə ilə nəticələnə bilər.

Qeyd olunub ki, İran artıq Rusiyaya pilotsuz təyyarələr verib.

Lakin bu hərbi-texniki əməkdaşlıq daha ciddi ola bilər. Məsələn, Rusiya İrana əvvəllər Misirə satış üçün yığılmış "Su-35" qırıcılarının partiyasını verə bilər. İran bu təyyarələri almaqda maraqlı olduğunu bildirib.

Belə qırıcıların olması İrana qarşı hava əməliyyatlarını çətinləşdirəcək. Hazırda İran Hərbi Hava Qüvvələrinin onlarla döyüş təyyarəsi var ki, bunlar da 1979-cu il İslam İnqilabından qalan modelləridir.(Musavat.com)

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.026932001113892