• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ankara İsrailə qarşı hərəkətə keçdi: 80 minlik ordu



Ankaranın Yaxın Şərqdə artan təhlükəyə qarşı Türkiyə Misir, Kipr, İordaniya, İraq və Suriyanı əhatə edən çoxölçülü müdafiə və təhlükəsizlik konsepsiyasını yaratmaq istiqamətində hərəkətə keçib.

Ölkə.az Haber7-yə istinadən xəbər verir ki, Ankara Türkiyənin Milli Təhlükəsizlik sənədinə uyğun olaraq İsraildən gələn təhdidlərin  qarşısını almaq məqsədilə yeni konsepsiya ortaya qoymağı planlaşdırır.

Məlumata görə, Ankara artan təhlükələrə qarşı siyasi-diplomatik fəaliyyətlərini davam etdirirək "İsrailin mümkün hava-quru təxribatı və ya Latakiya-Həma-Hələb xəttinə hücumlarına qarşı" İdlib strateji müdafiə qalxanı qurmaqdadır. Bu məqsədlə də Ankara bölgədə təhlükəsiz dəhlizini formalaşdırmağa çalışır.

"Türkiyə regional təhlükəsizlik müdafiə bufer bölgəsini yaratmaq üçün İran, İordaniya, Suriya və İraqla birlikdə ən azı 70-80 min nəfərlik quru qoşunu formalaşdırmaq istəyir. Bölgədə iki böyük hərbi bazası olan Rusiya da prosesin maraqlı tərəfləri arasındadır", - deyə bildirilir. 

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.025399923324585