23 yanvar 1556-cı il Çində əsl dəhşət yaşanır. Alimlərin əksər versiyalarına görə, bu taleyüklü tarixdə tarixin hər hansı digər gününə nisbətən daha çox insan ölüb və bu ölümlərin böyük əksəriyyəti Çinin şimal-qərbindəki Şensi əyalətində baş verib.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "IFL Science" jurnalında məlumat verilib.
Qeyd olunur ki, günahkar həm Veynan, həm də Huaxian qırılmalarının sürüşməsi nəticəsində yaranan genişmiqyaslı zəlzələ olub. Episentri Huaxian şəhəri yaxınlığında olan afterşoklarda təqribən 830 min insan həlak olub. Eyni zamanda, fəlakət günü ölənlərin dəqiq sayını heç kim bilmir:
"Qurbanların təxminən 1/3-i zəlzələdən dərhal sonra yıxılan binalar, çökmüş mağara evləri və torpaq sürüşmələri nəticəsində, qalanları isə sonrakı həftələrdə xəstəlik və aclıqdan öldü", deyə nəşr yazıb.
Eyni zamanda, nəşr qeyd edir ki, 8-8,3 bal gücündə Şensidəki bədnam zəlzələ bəşəriyyətin yaşadığı ən güclü zəlzələdən çox zəif olub, lakin bəşər tarixində bu qəbildən olan ən ölümcül fəlakətlər siyahısında birinci yerdədir. İkinci ən ölümcül zəlzələ 1976-cı ildə Çində baş verib və təxminən 655.000 adamın ölümünə səbəb olub.
"1556-cı ildə dünya əhalisinin hələ də yarım milyarddan az olduğunu nəzərə alsaq, Şensidə ölənlərin sayı demək olar ki, bir gündə insan həyatının ən böyük nisbi itkisidir. Ola bilsin ki, bu fəlakət həm də ən mütləq ölüm rekorduna sahibdir", deyə jurnal yazır.
Müəlliflər bəşər tarixində ən ölümcül günün 1945-ci il martın 9-dan 10-na keçən gecə ABŞ-ın "Operation Meetinghouse" adlı bombardmanının Tokioda 100.000 insanın ölümünə səbəb olduğuna diqqət çəkir. Müqayisə üçün qeyd edək ki, həmin ilin avqustunda Xirosima və Naqasakiyə atılan atom bombaları müvafiq olaraq təxminən 66.000 və 39.000 nəfərin həyatına son qoyub.
"Şensi zəlzələsindən təxminən yarım min il keçib, lakin dünya hələ yanvarın o dəhşətli cümə axşamı kimi ölümcül bir gün görməyib", deyə nəşr yekunlaşdırıb.
Bu arada, 1931-ci ildə Yangtze-Huai çayı daşqınları tez-tez tarixin ən böyük təbii fəlakəti kimi qeyd olunur. Bu xarakterli bir çox hadisələrdə olduğu kimi, ölənlərin ümumi sayı da çox mübahisəlidir, baxmayaraq ki, bəzi hesablamalar dörd ay ərzində mərkəzi və şərqi Çində 2 milyondan çox insanın öldüyünü göstərir.