• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İki qızı vəhşicəsinə qətlə yetirən Semihin anası ilk dəfə danışıb: "Qızınızı uzaq tutun, yox edin"



Türkiyənin İstanbul şəhərində Ayşenur Halil və İkbal Uzuneri vəhşicəsinə qətlə yetirən və intihar edən qatil Semih Çelikin anası ilk dəfə danışıb.

Ölkə.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, oğlunun pandemiyadan sonra otağına qapandığını deyib.

"Kaş mən öləydim, o qızlar ölməyəydi. Oğlumdakı vəziyyəti görəndə İkbalın ailəsinə xəbər göndərdim, "Qızınızı uzaq tutun, yox edin. Oğlum yaxşı deyil". Onu məktəbdən köçürdülər, amma əlaqələri qopmadı. İkbal da keçən il həb alıb intihara cəhd etdi", - deyə o qeyd edib.

"Oğlumu pandemiya zamanı itirdim. Nə oldusa pandemiya sonrası özünü otağına qapayanda oldu. Pandemiyadan sonra onu dəfələrlə həkimlərə apardım. "Bu uşaq yaxşıdır. Ərgənlik psixologiyasıdır" dedilər.

Uşağım üçün çox mübarizə apardım. Mən onu xəstəxanalara apardım. O, intihar etmək istəyəndə onu həkimə apardım. Dedilər ki, heç nə yoxdur. Evə təcili yardım çağırdım, dedilər ki, təcili yardımlıq deyil. Çalışdım, yandım, yaxıldım, amma oğlumu sağalda bilmədim. Semihlə İkbalın görüş yeri onsuz da şəhər divarları idi. Həmişə orada görüşürdülər.

İkballa heç vaxt əlaqəni kəsmədilər. O da Semihdən ayrıla bilmədi. Mən də anayam, mən istəyərəm kiminsə övladının başını anasının qabağına atsınlar? Mən öz ağrılarımı yaşaya bilmirəm. Məni heç kim başa düşmür, pis insan deyiləm, çox çalışdım, amma uşağımı xilas edə bilmədim. Çox ağrıyıram, oğlum günlərdir yerdə qalıb, amma o qızlara yazığım gəlir, çarəsizəm. Oğlumun problemini həll edə bilmədim, intihara meyilli idi, kaş sadəcə özü getsəydi.

Hadisə baş verən gün Semih mənə videozəng etdi. "Oğlum, nə edirsən, necəsən?" dedim. "Ana, mən yaxşıyam, Ayşenur yanımdadır, indi tualetdədir, utanır, ekranda görünmək girmək istəmir" deyib. Bir az söhbət etdik və o telefonu qapatdı. Heç bir anormallıq aşkar etmədim. "Oğlumun başına gələnlər pandemiyadan sonra narkotik istifadəsi ilə bağlı idi"", - deyə Semihin anası sözlərinə əlavə edib.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.02135705947876