• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sənət əsərini səhvən zibilliyə atdı - FOTO



Niderlanddakı LAM Muzeyində işləyən şəxs səhvən sənət əsərini zibil qutusuna atıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, onun atdığı və əzilən içki qutusuna bənzəyən qutuların əslində, sənət əsəri olduğu üzə çıxıb.

Məlum olub ki, zibilliyə atılan əsərin müəllifi Fransız rəssam Alexandre Lavetdir. O, əsərinə “birlikdə keçirdiyimiz bütün yaxşı vaxtlar” adını verib.

Muzeyin sözçüsü Froukje Buddinq əsərlərin tez-tez qeyri-adi yerlərdə sərgiləndiyini deyib. O bildirib ki, məhz buna görə də sözügedən əsər liftdə sərgilənib.

Muzey direktoru qutuların əskik olduğunu görəndə geniş axtarışlara başlanılıb və onlar zibil torbasında tapılıb.

Tapılan əsərlər təmizlənərək muzeyin girişindəki müvəqqəti fəxri yerə qoyulub.

Sözügedən səhvə yol verən işçinin muzeydə yenicə çalışmağa başladığı bildirilib.

Billurə

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.022292137145996