İsrailin Livanın cənubuna hücum etməsindən sonra livanlılar başqa ölkələrə üz tutublar.
Ölkə.Az "Haber Global"a istinadən xəbər verir ki, bu ölkələr arasında həmçinin Braziliya da yer alıb.
Livandan bu ölkəyə gedən təyyarənin sərnişinlərini Braziliya Prezidenti Lula da Silva şəxsən qarşılayıb.
O, ölkəsinə gələn livanlılara “Braziliyaya xoş gəldin, canım”, “necəsən”, “hər şey qaydasındadır?” və s. suallar verərək onlarla səmimi söhbət edib.
Lula da Silva daha sonra ölkəsinin sülh tərəfdarı olduğunu söyləyib:
“Braziliya budur. Braziliya dünya miqyasındakı ölkələrlə həmrəliyin bir göstəricisidir. Çünki Braziliya mübahisə edən ölkə deyil, dava istəmir, sülhün lehinə fəaliyyət göstərir. Heç bir şey atəş açaraq həll edilə bilməz. Hər şey qardaşlıqla, birliklə, uyğunlşamaqla və dostluqla həll edilə bilər. Livandan gələn yoldaşlarımızdan burada gördüyümüz bu jest Braziliyada yaşayan 10 milyon livanlı soydaşımıza minnətdarlıq jestidir. Livanlılar uzun müddətdir Braziliya iqtisadiyyatına və inkişafına kömək etməkdədir. Dolayısı ilə Livanda olan və buraya gəlmək istəyən bütün insanları buraya gətiməyə çalışmaq əxlaqi, etik, vətəndaşlıq və humanitar öhdəliyimiz olacaq”.
Billurə Yunus