• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Baydendən Tehrana mesaj: Biz bunu müharibə aktı hesab edəcəyik



ABŞ prezidenti Co Bayden Milli Təhlükəsizlik Şurasına İran hakimiyyətini keçmiş prezident Donald Trampa və keçmiş Amerika rəsmilərinə qarşı sui-qəsdləri ilə bağlı xəbərdar etməyi tapşırıb . 

Ölkə.Az xəbər verir ki, bu barədə "Politico" yazır. 

"Vaşinqton istənilən sui-qəsdi müharibə aktı hesab edəcək", - Bayden bəyan edib.
Politico yazır ki,  Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savettin bununla bağlı açıqlamasında  da bu məsələyə toxunaraq deyib: “Əgər İran vətəndaşlarımızdan hər hansı birinə, o cümlədən ABŞ-a xidmət etməyə davam edən və ya əvvəllər xidmət etmiş şəxslərə hücum edərsə, İran ciddi nəticələrlə üzləşəcək”.

"Politico"nun yazdığına görə, təhdidlər ABŞ-ın 2020-ci ilin əvvəlində iranlı general Qasım Süleymaninin  öldürülməsi ilə bağlıdır. 

 Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.039180994033813