• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Əri öləndən 2 il sonra onun uşağını dünyaya gətirdi - FOTO



İngiltərədə Сozi Lloyd Vilson adlı qadın əri öldükdən illər onra onun uşaqlarını dünyaya gətirib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, qadının əri Robbi Vilson 8 il əvvəl 34 yaşında xərçəngdən dünyasını dəyişib.

O öləndə həyat yoldaşı Cozi 8 həftəlik hamilə idi və uşaq süni mayalanma yolu ilə olmuşdu.

Robbi sağ olarkən ata olmaq istədiyindən xərçəng müalicəsinə başlamamış spermlərini dondurmuşdu.

Həyat yoldaşı ilk övladlarına hamilə olsa da, Robbi övladını görmədən ölüb.

Cozi Lloyd ilk oğullarını tək böyüdə bildiyini gördükdə o ölən ərindən ikinci övladı dünyaya gətirməyə qərar verib.

Digər dondurulmuş embrionlar sayəsində iki il sonra o yenidən hamilə qalıb. Onun ikinci övladı isə qız doğulub.

Gənc ana uşaqları atalarını görməsə də, evin hər yerinə onun şəkillərini asıb.

"Bilirəm ki, digər kədərli ailələr üçün mərhum valideynin fotoşəkillərinin olması xatirələri qorumaq deməkdir. Amma Lori və Kanninin ataları ilə bağlı heç bir xatirələri yoxdur. Bununla belə, mən çalışıram ki, onlar ataları ilə emosional əlaqələri olduğunu bilərək böyüsünlər" - ana deyib.

Billurə

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.033739805221558