Fələstinin HƏMAS hərəkatı 2022-ci ilin payızında İsrailə hücum etmək istəyirdi, lakin İran və Hizbullah hərəkatının dəstəyini almaq istədiyi üçün planlarını təxirə salıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Nyu York Tayms" İsrail hərbçiləri tərəfindən ələ keçirilən HƏMAS rəhbərliyinin görüşlərinin protokollarına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, sənədlər yanvar ayında hərəkatın Xan Yunisdəki yeraltı komandanlıq mərkəzində tapılıb və orada HƏMAS rəhbərliyinin 10 görüşünün protokolları var ki, hərəkatın qəsdən böyük qarşıdurmalara getmədiyini göstərir.
Bundan əlavə, qəzet iddia edir ki, HƏMAS İran rəsmilərindən, eləcə də Hizbullahdan hücum zamanı İsrail hədəflərini vurmağı xahiş edib.
Nəşr qeyd edir ki, HƏMAS-ın hücum qərarına İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına mane olmaq istəyi təsir edib.(axar.az)