• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azı 85 il yaşamaq üçün: Alimlər asan yol tapdı



Ömür müddətini artırmaq üçün qəbul etdiyiniz kalori miqdarını məhdudlaşdırmaq, lakin uzun müddət aclıqdan qaçmaq lazımdır.  

Ölkə.az cebheinfo.az-a istinadən xəbər verir ki, bunu Nyu-Cersidəki (ABŞ) Cekson Laboratoriyasının alimləri müəyyən ediblər.

Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Hansı pəhriz növünün ömrü uzatmaqda daha təsirli olduğunu öyrənmək üçün alimlər beş qrup siçan üzərində təcrübə aparıblar. 

Tədqiqatçılar nəticələrin dəqiqliyini artırmaq üçün yaxından əlaqəli laboratoriya heyvanlarından istifadə etməkdən yayınıblar.

Birinci qrup qeyri-məhdud miqdarda qida qəbul etdi, ikinci qrupun kalori qəbulu 40%, üçüncü qrup isə 20% azaldı. Dördüncü və beşinci qruplar müvafiq olaraq həftədə bir və iki dəfə qidalanırdılar.

Müəyyən edilib ki, normal kalorilərin 60%-ni qəbul edən siçanlar bütün digərlərindən orta hesabla daha uzun yaşayırlar - təxminən 34 ay. İnsan ekvivalentində bu, təxminən 85 ildir. Kalorilərdə iyirmi faiz azalma ilə pəhrizə qoyulan gəmiricilər orta hesabla 30 ay (təxminən 80 insan ili) yaşaıblar.

Həftədə bir və ya iki dəfə yemək yeyən heyvanların ömrü daha qısa iolub. Onlar cəmi 28 ay (70 insan ili) yaşaıblar. Heç bir pəhriz məhdudiyyəti olmadan gəmiricilər ən qısa müddət yaşadılar - orta hesabla 25 ay, bu da insanlar üçün 70 ilə bərabərdir.

Alimlərin fikrincə, gözlənilən ömrün yüksək olması aclıqdan deyil, kalori qəbulunun orta dərəcədə azaldılması ilə bağlıdır. 

Bu müşahidə ölüm zamanı çəkilərindən asılı olmayaraq bütün siçanlara şamil edilib. Tədqiqatçılar əlavə ediblər ki, uzun müddət oruc tutmaq siçanların immun və reproduktiv sistemlərini zəiflədir, həmçinin enerji səviyyələrini azaldır. Bu cür dəyişikliklər uzun ömürlü olmağa kömək etmir.

Tədqiqat müəllifləri qeyd ediblər ki, siçan bədəni insan orqanizminə tamamilə bənzəmir, ona görə də tapıntıları ehtiyatla şərh etmək lazımdır. Bununla belə, nəticələr adətən maddələr mübadiləsini bioloji yaş göstəricisi kimi öyrənən insan ömrünün uzadılması ilə bağlı gələcək tədqiqatlara mühüm təsir göstərir.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.17585110664368