Bütün dünyada böyük maraqla qarşılanan yeni nəsil flaqman iPhone 16 seriyası daha bir çox maraqlı xəbərlə gündəmə gəlib. Apple tərəfindən satışlarının müsbət olduğu bildirilən iPhone 16, gözlənilmədən bu ölkədə heç vaxt satışa çıxmaya bilər.
Ölkə.az News24.az-a istinadən xəbər verir ki, İndoneziyanın Sənaye Naziri Agus Qumiwang Kartasamita, Apple-ın iPhone 16 modellərinin satışına icazə verilməsi üçün müəyyən şərtləri yerinə yetirməli olduğunu bildirib.
Bu şərtlərə şirkətin yerli investisiya öhdəliklərini yerinə yetirməsi və ölkə üçün müxtəlif sertifikatların yenilənməsi daxildir. Əks halda, İndoneziyada iPhone 16 satmaq mümkün olmayacaq.