Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın bu müharibədə qalib gəlməli olduğunu davamlı olaraq bəyan etsə də, nazirlik daxilində Ukraynanın qələbəsinə inam qalmayıb.
Ölkə.Az "Bild"ə istinadən xəbər verir ki, nazirliyin vəziyyətlə bağlı son hesabatında isə "Ukraynanın öz ərazisini azad etməsi artıq mümkün deyil” fikri yer alıb.
Alman hərbçiləri Ukrayna ordusu sıralarında “böyük tükənmə” olduğunu və rus ordusunun qərbə doğru irəliləyişini ləngitmək ümidi ilə yaşayırlar.
Almaniya Müdafiə Nazirliyinin hazırladığı sənəddə deyilir ki, Rusiya ağır itkilərə baxmayaraq sistemli şəkildə irəliləyir və bu hücumu necə dayandıracağını bilmir. Almaniya MN bundan çox ciddi narahatlıq keçirir.
Mürtəza
Ölkə.Az