Xəbər verdiyimiz kimi bu gün Türkiyənin Malatya vilayətində 5.9 bal gücündə zəlzələ baş verib.
Ölkə.Az xəbər verir ki, ümumilikdə 3 vilayətdə hiss edilən zəlzələ vilayətin Kale mahalında yerli saatla saat 10:46-da qeydə alınıb.
Təbii fəlakətə bir çox insan iş yerində olarkən yaxalanıb.
Malatyada fəaliyyət göstərən yerli televiziyalardan birində canlı yayım zamanı aparıcı zəlzələdən qorxsa da, dərhal efiri tərk etməyib.
“Qorxuncdur, hələ də davam edir” deyən aparıcı həyəcanını gizlədə bilməyib.
Həmin görüntüləri təqdim edirik:
Billurə