Daşnaklar 1920-ci ildə necə qaçıblarsa, bunlar da hər şeyi götürüb qaçacaqlar. Azərbaycanlılar düz deyirlər ki, ermənilərin təfəkkür problemi var. Ermənistan cəmiyyəti hələ də çoxdan bəlli olan şeyi müzakirə etməkdədir".
Ölkə.Az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
O əlavə edib ki, küçəyə çıxıb şənliklərə gedən, restoranlarda ziyafət çəkən insanlardan soruşun, görün onlar nə düşünürlər, bunların axırı necə olacaq: "Ola bilsin ki, bizim bilmədiyimiz bir şeyi yəqin ki, onlar bilirlər. Onlar elə bilirlər ki, hansısa ilahi qüvvə göydən enib bizə kömək edəcək, yoxsa xilas edəcək? Yoxsa hamı mühacirət edib yaşıl kart qazanmaq istəyir? Sual budur. Əliyevin davranışı isə olduqca məntiqlidir".
Politoloq deyib ki, Ermənistan öz siyasətində və diplomatiyasında ona heç nə verməyən Qərbə arxalanır: "Onun niyə belə dediyini anlamaq çətindir. Amma bir şey göz qabağındadır. Qərb Azərbaycana heç bir real təzyiq etmir. Yəni ABŞ və Avropa, kobud desək, Əliyevin cibindədirsə, Azərbaycanın heç nədən narahat olmasına ehtiyac yoxdur? O, Rusiya və ya Qərbin təzyiqindən qətiyyən narahat deyil, çünki onun çox yaxşı siyasəti var və Qafqazda dominant rol oynayır".
Politoloq deyib ki, ABŞ və Avropa yalnız gözəl danışa bilər, ancaq xarici siyasətini "real politik" prinsip əsasında qurur: "İnsan haqlarından, demokratiyadan gözəl danışırlar, amma Əliyevi əsas tərəfdaş elan edirlər. Dəfələrlə Avropanın nümayəndələri, Van der Leyen bir neçə dəfə ora Əliyevin əlini öpmək üçün Bakıya gedib. ABŞ deyir ki, qaz və neft ehtiyatları Azərbaycanı onlar üçün maraqlı tərəfdaş edir. Bunlar həqiqətən düşünən insanlardır, əsl düşünən cəmiyyətlərdir".
Azərbaycanın Ermənistandan istədiyini zorla və ya sülh yolu ilə alacağına gəldikdə politoloq deyib ki, Azərbaycan hər iki variantdan istifadə edir: "Azərbaycan əvvəlcə təzyiq göstərərək əldə etməyə çalışır. Və bu nəticə vermədikdə, o, müharibə ilə hədələyir".
"Paşinyanın Bakıya güzəşti nə ilə nəticələnə bilər?" sualına gəldikdə politoloq deyib ki,
1920-ci ildə daşnaklar Ermənistandan necə qaçıblarsa, bunlar da elə edəcək. "Hər şeyi təslim etdilər. Bəzi məlumatlara görə, pul ehtiyatlarımızı götürüb qaçıblar. Onlar da eyni şeyi edəcəklər", - o vurğulayıb.
"Yəni tarix təkrarlanır?" sualına cavab olaraq politoloq deyib ki, tarixin öz qanunları var: "Onları pozursansa, tarix səni cəzalandırır. Azərbaycanlılar düz deyirlər ki, bizim təfəkkür problemimiz var".
Mürtəza
Ölkə.Az