Türkiyədə “Yeni doğulan Cinayətlər Təşkilatı” kimi adlanan dəstənin üzvlərinin hüquq-mühafizə orqanlarına verdikləri ifadələr ortaya çox qorxunc hadisələri çıxarıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
İfadələrdən məlum olub ki, onlar körpələrin meyitlərini belə satırmışlar. Cənazələri tibb bacıları vasitəsilə 80 min TL müqabilində ailələrə geri qaytarırmışlar.
Məlum olub ki, dəstə üzvləri bir çox körpənin ölümünə belə səbəb olublar. "Yeni Doğulan Cinayətlər Təşkilatı"na qarşı açılan işin təfərrüatları hələ üzə çıxmaqda davam edir.
Meyitə görə, pul vermək istəməyən ailələri və tibb işçilərini qorxuzurlarmış ki, uşağı kimsəsizlər qəbiristanlığında basdırarıq, qəbrini belə tapa bilməzsiniz. Dəstə üzvləri bu cür təhdidlərlə ailəni qapıda qarşılayır və cənazəni təhvil verirlərmiş.