• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İran Qərbi Azərbaycanda hasar çəkəcək



İran hakimiyyəti təhlükəsizlik risklərini azaltmaq üçün şərq sərhədlərində hasarlar çəkməyə başlayıb.

Ölkə.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

"Hərbi və təhlükəsizlik məsələlərinə görə, ən problemli ərazilər Pakistan və Əfqanıstanla sərhədlərdir. İrana narkotik axınının 80% buradan gəlir", - briqada generalı Əhməd Əli Qudarzi deyib.

O izah edib ki, layihənin məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə yanaşı, yanacaq və digər məhsulların qaçaqmalçılığının qarşısını almaq, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparmaqdır.

Onun sözlərinə görə, artıq Sistan və Bəlucistan, Rəzəvi Xorasan əyalətlərində divarların tikintisinə başlanılıb. O qeyd edib ki, növbəti mərhələ qərb sərhədlərinin - İlam, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində sədlərin möhkəmləndirilməsi olacaq.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.035715818405151