• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ankarada terror hücumu olub, ölən və yaralananlar var - VİDEO (YENİLƏNİB)



Ankarada terrorçularla atışma davam edir, insanlar girov götürülüb.

Ankarada Kahramankazan rayonunda Türk Aerokosmik Sənayesi (TUAŞİS) qarşısında güclü partlayışdan sonra baş verən atışma davam etməkədir.

Ölkə.Az xəbər verir ki, bir qrup terrorçunun TUAŞİS-in binasına gəlib və qarşıdurmadan sonra partlayış baş verib. Hadisə zamanı terrorçuların hadisə yerindəkiləri girov götürdüyü bildirilir.

Mürtəza
Ölkə.Az


***
Ankarada Kahramankazan rayonunda Türk Aerokosmik Sənayesi (TUAŞİS) qarşısında güclü partlayış baş verib.

Ölkə.Az xəbər verir ki, hadisəni kamikadzenin törətdiyi bildirilir. 

Binaya yaxın ərazidə silah səslərinin eşidildiyi və kamikadzenin olduğu iddia edilib.

Daxili İşlər Naziri Ali Yerlikaya şəhid və yaralananların olduğunu bildirib. Amma nə qədər insanın öldüyü və yaralandığı barədə konkret məlumat yoxdur.

Partlayışdan sonra atəş səsləri ilə qarşıdurma yarandığı kameralara düşüb.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.015491008758545