• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qonşuların ayaqqabılarını iyləmək üçün evlərə girən həbs olundu - Qəribə OLAY



Yunanıstanda 28 yaşlı kişi qonşularının evinə dəfələrlə soxularaq onların ayaqqabılarını iyləməklə iğtişaş törətməkdə təqsirli bilinib.

"Ölkə.az" xəbər verir ki, hadisə Sindos şəhərində baş verib.

Adı açıqlanmayan adam qonşularından birinin havalandırmaq üçün çölə qoyduqları ayaqqabıları iyləyəməyə gəlib. Onu görən qonşusu polisə müraciət edib və nəticədə həmin şəxs həbs edilib. Məlumata görə, kişinin eyni qəribə səbəbdən şəxsi əmlaka müdaxiləsi ilk dəfə deyil.

28 yaşlı gəncin izahatlarını və qonşulardan birinin ifadəsini dinlədikdən sonra Saloniki məhkəməsi ona 3 il sınaq müddəti olmaqla şərti bir ay həbs cəzası verib.

Kişi niyə belə hərəkətlər etdiyini izah edə bilməyib. O, özündən çox utandığını və məyus olduğunu qeyd edib. O, həm də izah edə bilmədiyi səbəbdən 3 dəfə qonşularının ərazisinə ayaqqabılarını iyləmək üçün girdiyini deyib.

Təqsirləndirilən şəxs günahını etiraf edib və əməlinə görə üzr istəyib. O əlavə edib ki, əməli ilə heç vaxt kiməsə zərər vermək niyyətində olmayıb. Qonşuları onun heç vaxt onlarla qəddar rəftar etmədiyini təsdiqləsələr də, onun qəribə davranışından narahat olublar.

Məhkəmədə ayaqqabı iyləyəndən şikayət edən 60 yaşlı qonşu, müttəhimi üç dəfə öz evlərində gördüyünü deyib və əlavə edib ki, son 6 ay ərzində başqa qonşular onu ayaqqabılarını iyləyən zaman yaxalayıblar. (lent.az)

ƏN ÇOX OXUNANLAR

  • 10
"Neftçi" qalib gəldi
1.2049930095673