"Coca-Cola" şirkəti Avstriyada satışdan çıxarılan 28 milyon ədəd yarım litrlik plastik qablardakı içkiləri geri çağıracaq.
Ölkə.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu qərara istehsalatda yaranan nasazlıq nəticəsində içkilərə metal hissəciklərin qarışması riskinin ortaya çıxması səbəb olub.
Şirkətin verdiyi açıqlamaya görə, limonadın doldurulması prosesində filtrlərdən birində problem yaranıb, bu da təhlükəli hissəciklərin qablara düşməsi ehtimalını artırıb.
Qeyd edək ki, avqust ayında "Coca-Cola" şirkətinə rekord məbləğdə - 6 milyard dollar dəyərində cərimə tətbiq edilib. Bu, vergi ödənişlərindən yayınma ittihamı ilə əlaqəli olub.