• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tbilisi meri müxalifətə xəbərdarlıq etdi



"Gürcüstanda müxalifət partiyaları xalqın dəstəyini almır, ölkədə çevriliş və ya inqilab təşkil edə bilməyəcəklər".

"Ölkə.az" xəbər verir ki, bunu Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze deyib.

"Müxalifətin ölkədə çevriliş və ya inqilab etmək imkanı yoxdur. Çevriliş edəndə cəmiyyətin, xalqın dəstəyini almalısan. Bu gün müxalifət, bu radikal qrup məğlub olub. Əgər kimsə qanunsuz addımlar atmağa cəsarət etsə, dövlət tərəfindən çox sərt reaksiya olacaq", - Kaladze bildirib.

Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, hakim partiya 52,99% səs toplayıb ki, bu da təxminən parlamentdəki 90-91 mandata uyğundur. Partiya hökuməti təkbaşına qurmaq hüququ əldə etsə də, parlamentdə konstitusiya çoxluğuna malik olmayacaq.

ƏN ÇOX OXUNANLAR

  • 10
"Neftçi" qalib gəldi
0.022824764251709