ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Tehranın İsrailin zərbəsinə cavab tədbirləri görəcəyi təqdirdə İranı nəticələrlə hədələyib.
“Ölkə.az” xəbər verir ki, bu barədə “Financial Times” Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
“İran cavab verərsə, Vaşinqton İsraili müdafiə edəcək və dəstəkləyəcək və bunun nəticələri olacaq”, - nəşr yazıb.
Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrail İranın hərbi obyektlərinə zərbələr endirib. İran isə beynəlxalq ictimaiyyəti Yaxın Şərqdə müharibənin başlamasının qarşısını almaq üçün İsrailə qarşı tədbir görməyə çağırıb.