Günəşdə partlayışlar səbəbindən hündürlüyü Yerin ölçüsünü əhəmiyyətli dərəcədə aşan maqnit ilmələri müşahidə olunur. Onlar planetimizin sakinləri üçün təhlükə yaratmır.
"Ölkə.az" xəbər verir ki, bu barədə TASS-a Rusiyanın İrkutsk Dövlət Universitetinin professoru Sergey Yazev bildirib.
Onun sözlərinə görə, maqnit halqalarının hündürlüyü təxminən 200 min km-dir ki, bu da Yerin ölçüsündən qat-qat böyükdür.
Alim qeyd edib ki, Günəşdə maqnit halqaları kifayət qədər adi haldır. Onlar Yer kürəsinin sakinlərinə birbaşa təsir göstərmir.(oxu.az)