Ankarada dəniz məhsulları restoranının sahibi olan iki qardaş menyularına ahtapot dönəri daxil ediblər.
Ölkə.az Milli.Az-a istinadən xəbər verir ki, onlar əvvəlcə ahtapotları qaynar suda saxlayıb, sonra isə xüsusi kərəyağlı sous ilə hazırlayırlar.
Qardaşlar bu təcrübənin uğurlu nəticə verdiyini bildiriblər:
"Həmişə araşdırma aparırıq, 'Başqa nə edə bilərik?' deyə düşünürük. Əvvəlcə özümüz dadırıq, sonra müştərilərimizə təqdim edirik. Çox müsbət reaksiyalar alırıq. Bu dəfə də ağlımıza 'ahtapottan döner' ideyası gəldi" .