• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Körpəsini unitaza atan qadından xəbər var



Antalya şəhərində hava limanının tualetində yenidoğulmuş qızını tərk edən rusiyalı qadın Türkiyədə mühakimə olunacaq.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə vəkil Ayşegül Kübra Polat məlumat verib.

"Hadisə burada baş verdiyi üçün məhkəmə Türkiyə qanunvericiliyinə əsasən, ölkəmizdə keçiriləcək, bundan sonra nə olacağı məlum deyil", - deyə hüquqşünas bildirib.

Xatırladaq ki, 18 yaşlı rusiyalı qadın oktyabrın 13-də Antalya hava limanının əlillər üçün tualetdə uşaq dünyaya gətirib və onu unitaza atıb. Qız uşağını xadimələr tapıblar. Körpənin 10 dəqiqədən çox tək qaldığı müəyyən edilib. Sonradan ana artıq çəkisi səbəbindən hamiləliyindən xəbəri olmadığını iddia edib. Onun barəsində cinayət işi açılıb.

Yeni doğulmuş körpə Türkiyədə xəstəxanaya yerləşdirilib və ona Rusiya vətəndaşlığı rəsmiləşdirilib. Yaxın zamanda qız uşağının Rusiyaya köçürüləcəyi gözlənilir.

ƏN ÇOX OXUNANLAR

0.129399061203