• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ukraynaya 40 min əleyhqaz veriləcək



İsveç Ukraynaya iki sahil mühafizə gəmisi və 40 min əleyhqaz verəcək.

“Ölkə.az” xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin “X” sosial şəbəkəsində yazıb.

“Bu gün mən 100 milyon İsveç kronu (təxminən 8,5 milyon avro - red.) dəyərində olan 40 min əleyhqazdan ibarət yeni mülki yardım paketini, həmçinin iki böyük sahil mühafizə gəmisi və əlavə avadanlıqdan ibarət dəniz paketini təqdim etdim”, - Bolin bildirib.

İsveçli nazir həmçinin onu da qeyd edib ki, Ukrayna daxili işlər naziri İqor Klimenko ilə görüşdə İsveç və Ukrayna arasında mülki müdafiənin bir sıra sahələrində əməkdaşlığın dərinləşdirilməsinə dair proqram sənədi imzalanıb.

ƏN ÇOX OXUNANLAR

1.3311860561371