• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tramp gəlsə, dünya dəyişəcək - Dubrovski



ABŞ-da seçkilərin nəticələri dünyanın ümumi vəziyyətinə, o cümlədən ölkənin Rusiya ilə münasibətlərinə təsir edəcək. ABŞ-ın keçmiş prezidenti Tramp yenidən seçilərsə, onun iki illik sükutu pozaraq Moskva ilə kontakt quracağını gözləmək olar.

"Ölkə.az" xəbər verir ki, bunu rusiyalı siyasi strateq və analitik Pavel Dubrovski deyib.

Onun fikrincə, Trampın Ukraynada xüsusi hərbi əməliyyatı dayandırmaq üçün səy göstərəcəyini gözləmək olar:

“O, həmçinin sanksiyaların təzyiqini azaltmağa çalışacağını vəd edib, lakin çox şey gözləməyə dəyməz, çünki belə məsələlər konqresmenlərin razılığı ilə həll olunur. İkinci mühüm məqam odur ki, Tramp Rusiya ilə öz maraqlarından çıxış edən digər regional güclər kimi davranacaq. “America First”, yəni adi izolyasiyaçılıq birinci yerdə qalacaq".

Ekspert xatırladıb ki, respublikaçı namizəd Rusiya ilə Ukrayna arasında danışıqları dəstəklədiyini dəfələrlə bəyan edib.

Politoloq hesab edir ki, Demokratlar Partiyasının nümayəndəsi Harris qalib gəlsə, Vaşinqton Ukrayna qüvvələrini maliyyələşdirməyə davam edəcək:

“Harris qalib gəlsə, Kiyevi dəstəkləməkdə indiki vəziyyətdən heç bir xüsusi dəyişiklik və ya fərq olmayacaq. Harrisin danışıqlar baxımından tərəflərə nə təklif edə biləcəyi bəlli deyil, ona görə də çox güman ki, o, hazırkı lider Baydenin siyasətini tam şəkildə davam etdirəcək”.(Axar.az)

ƏN ÇOX OXUNANLAR

0.58982110023499