• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yeni prezident olan Donald Trampın maaşı açıqlandı



İkinci dəfə ABŞ-də keçirilən prezident seçkilərində qalib olan Donald Trampın maaşı bəlli olub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yeni prezident illik 400 min dollar (təx.680 min manat) maaş alacaq.
Həm də biznesmen olan Trampın əsas gəliri isə sosial media paylaşımları və daşınmaz əmlak investisiyalarıdır.

Belə ki, Tramp “Media & Technology Group” sosial media şirkətinin səhmlərindən milyonlarla dollar qazanır.

Trampa məxsus “Truth Social” platforması xüsusilə son aylarda sürətlə dəyər qazanıb. Şirkətin səhmlərinin qiyməti ilin əvvəlindən 100 %-dən çox artıb və təkcə son bir ayda 85% dəyər qazanıb. Bu artımlar Trampın media şirkəti vasitəsilə ciddi sərvət qazana biləcəyini göstərir.

Trampın sərvəti ilə bağlı müxtəlif fikirlər var. "Bloomberg"in məlumatına görə, Trampın sərvəti hazırda 6,49 milyard dollardır. "Forbes" keçən həftə bu məbləği 8 milyard dollar olaraq qiymətləndirib. "Wall Street Journal" isə bu rəqəmin daha yüksək olduğunu və Trampın sərvətinin 7,5-10 milyard dollar arasında ola biləcəyini irəli sürüb. Trampın əsas gəlir mənbəyi olan daşınmaz əmlak investisiyaları onun sərvətinin əsasını təşkil etməkdə davam edir.

Trampın media şirkətindəki 114,75 milyon səhminin ümumi dəyəri kağız üzərində kifayət qədər yüksəkdir. Lakin Florida Universitetinin maliyyə professoru Cey Ritterin sözlərinə görə, bu səhmlərin dəyəri seçki dövründə dəyişir. Hazırda onun hər bir səhmi təxminən 35 dollar dəyərindədir. Bu halda Trampın media səhmlərinin ümumi dəyəri təxminən 4 milyard dollar olaraq görülür. Lakin Tramp bu səhmləri nağdlaşdırmağa çalışarsa, o, bütün qazanc üçün kapital mənfəət vergisi ödəməli olacaq. Ritterin sözlərinə görə, vergi endirimlərindən sonra Trampın bu səhmlərdən əldə etdiyi xalis qazancı 800 milyon dollara qədər azala bilər.
Tramp maaşını ikinci prezidentlik dövründə alsa da, onun əsas qazancı səhmləri və daşınmaz əmlak investisiyalarından olacaq. Ekspertlərin fikrincə, Trampın prezident olması daşınmaz əmlak sektorundakı aktivlərinin dəyərini çox dəyişməyəcək.

Billurə Yunus
 

ƏN ÇOX OXUNANLAR

0.027853965759277