• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İspaniyada fəlakət ardınca fəlakət, ölənlərin sayı artır



İspaniyada oktyabrın 29-da ölkənin şərqini və cənubunu, xüsusilə də Valensiyanı fəlakət zonasına çevirən güclü yağış və sel bu dəfə də Girona şəhərini vurub.

Ölkə.Az ispan mediasına istinadən xəbər verir ki, Girona şəhərinin Cadaques rayonunda dünən gecədən başlayan güclü yağışın yaratdığı sel onlarla avtomobilə ziyan vurub.

Valensiyada axtarış-xilasetmə işləri və küçə və evlərin palçıqdan təmizlənməsi davam etsə də, bölgədəki təhlükəsizlik problemi hələ də həll edilməyib.

Sel fəlakəti nəticəsində təkcə Valensiyada ölənlərin sayı 215-ə çatıb. 

Kastiliya-La-Mança və Əndəlüs bölgələrində və ölkə daxilində daşqınlarda həyatını itirənlərin sayı 223-ə yüksəlib, 78 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Digər tərəfdən Dövlət Meteorologiya İdarəsinin proqnozlarına görə, Kataloniyanın şimal-şərqində və İspaniyanın cənub-qərbində Kadiz şəhəri ətrafında güclü leysan və tufan gözlənildiyi açıqlanıb.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.10583400726318