- 8
ENDİRİLİR
ENDİRİLİR
Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinə rəis təyinatı olub.
APA.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə bilavasitə tabe olan YPX alayının tağım komandiri, polis mayoru Məmmədəli Böyükağa oğlu Əzizadə tutduğu vəzifədən azad edilib.
O, Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.