- 1
ENDİRİLİR
ENDİRİLİR
Yaponiyada koronavirusdan ölənlərin sayı kəskin şəkildə aşağı düşüb.
"Report" xəbər verir ki, bu barədə “The Japan Times” məlumat yayıb.
Yaponiya Dövlət Təbiət Elmləri İnstitutunun alimləri müəyyən ediblər ki, koronavirusdan ölüm nisbətinin aşağı olması yaponların genetikası ilə bağlıdır.
Mütəxəssislər müəyyən ediblər ki, xəstəliyin ciddi gedişatının qarşısını almağa kömək edən HLA-A24 antigen molekulu yaponların təxminən 60%-də, Avropa və ABŞ-da isə yalnız 10-20%-də var.
Virus bədənə daxil olduqda, HLA-A24 antigeninin müdafiə mexanizmi işə salınır və bu, yoluxmuş hüceyrələri öldürən ağ qan hüceyrələrində güclü immun reaksiyaya səbəb olur.
Yaponiyada son sutkada 200-dən az yoluxma halı aşkarlanıb, COVID-19 xəstələri arasında ölüm yoxdur.