• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Avropada ən çox gecikmələrin olduğu aviaşirkətlərin adları açıqlanıb



“Information Design” ekspertləri ilin birinci yarısında Avropa aviaşirkətləri ilə bağlı məlumatları təhlil edərək, ən çox gecikən şirkətlərin siyahısını tərtib edib.

Araşdırmada Rusiya aviadaşıyıcıları ən qeyri-punktuallar siyahısında olub. Belə ki, “Yakutiya” 0,7 faiz punktuallıq səviyyəsi ilə gecikənlər siyahısına başçılıq edir. Aviaşirkət 2021-ci ilin fevralından iyul ayına qədər 5730 uçuş həyata keçirib ki, bunlardan yalnız 41-i vaxtında yerinə yetirilib.

Dəqiq olmayanlar arasında ikinci yeri “Ural Hava Yolları” tutub. 2021-ci ilin birinci yarısında şirkət 30 min uçuş edib ki, bunun da yalnız 47 faizi vaxtında həyata keçirilib.

Üçüncü yerdə isə İsveçrənin “Edelweiss Air” çarter daşıyıcısı olub.

“Lufthansa”nın İsveçrə aviaşirkəti də punktual olmayanlar siyahısına daxil edilib, baxmayaraq ki, onun uçuşlarının demək olar ki, 62 faizi vaxtında həyata keçirilib.

Həmişə elan olunmuş qrafikə uyğun hərəkət edən ən yaxşı daşıyıcılar “Iberia” (vaxtında uçuşlar 98,5 faiz), “Norwegian Air Shuttle” (94,6 faiz) və “Vueling” (94,4 faiz) olub.

Mənbə: Ekspress

ƏN ÇOX OXUNANLAR

0.092365980148315