- 0
ENDİRİLİR
ENDİRİLİR
Azərbaycanda da mobil rabitə ölkə iqtisadiyyatının ən sürətlə inkişaf edən sektorlarından sayılır. Artıq respublikanın mobil telefon istifadəçilərinin sayına görə MDB məkanında ilk yerlərdən, dünya üzrə isə orta göstəricilərdən birini tutur. Birmənalı şəkildə demək olar ki, mobil rabitənin inkişaf etməsi ilə yanaşı, kifayət qədər insan həyatı üçün problemlər yaradan, təbiətə müəyyən ziyanlar yetirən qüsurlar da mövcuddur.
Redaksiyamıza daxil olan şikayət məktublarına istinadən demək olar ki, Azərbaycanda fəaliyyət göstərən mobil operatorların hər biri, xüsusən bunların arasında insanları ən çox aldadan “Azercell” adlı mobil operatordur. TeliaSonera şirkətlər qrupunun bir hissəsi olan “Azercell” şirkəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən, abunəçilərinin sayı ilbəil azalmaqdadır.
Azərbaycanda bir neçə il öncə “Azercell” abunəçilərinin sayı 5 milyon nəfərə yaxın olduğu halda, bu gün artıq onların sayı 5 miçyondan 3 milyona düşüb. Azalmaya səbəb, təbii ki, qüsurlu xidmət, eləcə də abunəçilərə qarşı fırıldaq, oğurluq və dələduzluq faktlarıdır.
“Azercell” müştəriləri elə soyur, pullarını elə kəsir ki, onun qarşısını almaq, oğurluğu sübut etmək çox çətindir. Çünki vətəndaş operatora köçürdüyü pulun xərclənməsinə nəzarət edə bilmir. Həmin faktları sübut etmək üçün məhkəməyə müraciət edəndə isə “Azercell” məhkəmələri ələ alır və öz xeyirinə qərar çıxartdırır.
Araşdırmalar və redaksiyamıza daxil olan şikayətlərə əsasən demək olar ki, abunəçilərin “Azercell”dən aldığı kredit faizləri də çox yüksəkdir, 1 manat müqabilində 20, 1.40 manata 28, 2 manata isə 40 qəpik pul tutulur. Faizlər yüksəkdir, xüsusilə 9150 və 9250 xidmətlərindən istifadə edən abunəçilər daha çox haqsızlığa məruz qalırlar, 1.20 manat borc qarşılığında nömrəyə 1 manatlıq danışıq kartı yükləyən abunəçinin balansından kredit borcu qarşılığında 96 qəpik tutulur. Eyni hal 9250 xidmətində də təkrar olunur.
Eləcə də digər operatorların abunəçilərinə edilən zənglərin müqabilində operatorun çıxdığı məbləğ, xarici ölkələrə edilən zənglərlə eyni qiymətə malikdir. Məsələn, Rusiyaya edilən 10 saniyəlik zəngə görə, “Azercell” balansdan 30-40 qəpik aralığında məbləğ pul çıxır.
“Azercell”in istifadəçilər tərəfindən göndərilən mesajlar üçün nəzərdə tutduğu qiymətlər də bahadır. Göndərilən bir mesaj üçün balansdan 3 qəpik silinir. 3 qəpiklik qiymət məsələn, 1 manatlıq danışıq kartı yükələyən abunəçi üçün yüksək məbləğdir.
“Azercell”in danışıq tariflərinin çox baha olmasından şikayət edənlərin sayı hər gün artır. Məsələn, xaricdən ölkəyə qayıtdıqdan sonra danışıq qiymətləri ilə bağlı böyük məbləğdə borclar ünvanlara göndərilir. “Azercell”də reklam edilsə də, heç bir güzəşt yoxdur. Aparılan reklamlar sadəcə görüntü xarakteri daşıyır, sözləri ilə əməlləri üst-üstə düşmür. Bu da “İstehlakçı Hüquqları haqqında Qanun”un kobud surətdə pozulmasıdır.
“Azercell”in abunəçiləri aldatması adi hal alıb və oprrator ölkədə ciddi reketə çevrilib, özbaşınalıqla məşğuldur.
Qeyd etdi ki, inhisarçılığa, monopoliyaya yol verən “Azercell” ölkə qanunlarına hörmətsizlik göstərdiyi halda, “Azercell”lə bağlı tənqidlər, iradlar çoxalsa da, bir sıra KİV nümayəndələrinə nömrə və pulsuz kontur verərək “Azercell” media nümayəndələrini ələ aldığına görə, tənqidlər mətbuat səhifəsinə çıxmır.
Amma hazırda vətəndaşların şikayətləri kütləvi xarakter daşıyır və “Azercell”in müştəri xidmətinə müraciət edənlər xoşagəlməz hallarla qatşılaşdıqlarını bildirirlər.
Vətəndaşların sözlərinə görə, “Azercell” abunəçilərlə bağlanan müqavilələrin də birtərəfli olduğunu və mobil operatorun bu məsələdə də abunəçilərin hüquqlarını kobud şəkildə pozduğunu qeyd edirlər.
Şikayətçilər bildirir ki, özbaşınalığın qarşısının alınması üçün müvafiq dövlət qurumları, xüsusən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsələyə müdaxilə etməlidir.
Redaksiyamıza daxil olan çoxsaylı müştəri şikayətləri də göstərir ki, “Azercell” ölkə vətəndaşlarını heç nədən çəkinmədən soyur və cəzasız qaldıqca talançılığın miqyasını hər gün artırır.
Ölkənin hüquq – mühafizə və DTX orqanlarının əhaliyə mobil xidmət göstərən hər üç operatorun qanunsuz və cinayətkar əməllərinə göz yumması aldadılan və soyulan insanları hədsiz dərəcədə narahat edir.
Mənbə paralel.az