• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qazaxda minik maşını ağaca çırpılıb, sürücü xəsarət alıb



Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Daşsalahlı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1997-ci il təvəllüdlü Ş.Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ƏN ÇOX OXUNANLAR

0.090897083282471