• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dənizə atdığı məktub 25 ildən sonra özünə çatdı – FOTO



Avstraliyalı qadın 25 il əvvəl - səkkiz yaşında ikən dənizə atdığı məktubu tapılanda xeyli təəccüblənib.

Bildirilir ki, 1996-cı ildə səkkiz yaşında olan Coanna Buçan məktəb layihəsi çərçivəsində məktub yazıb və onu “Sprite” şüşəsinə qoyaraq evinin yaxınlığında dənizə atıb. Həmin vaxtlar Şotlandiyada yaşayan Buçan məktubunda hobbilərindən və oğlanlara nifrətindən bəhs edib.

“Hörmətli tapıcı, adım Coanna Buçandır, səkkiz yarım yaşım var. Mən oyun karları toplayıram və oyuncaq ayıları sevirəm. Mənim Duqal adlı itim var. Onun ad günü martın 29-dur və 15 yaşı olacaq - it vaxtı ilə hesablansa 100-dən çox yaşı olacaq! Bizim olduqca böyük bir evimiz var və mənim çox yaxın rəfiqəm var. Plastilin yığmağı xoşlayıram, amma anam buna nifrət edir. Məktəb layihəmiz poçt haqqındadır və gələn il o, “Şarlottanın toru” (“Charlotte's Web”) romanı əsasında hazırlanacaq. Bu kitabdır. Mən şirniyyatları sevirəm. Yeri gəlmişkən, oğlanlara nifrət edirəm”, - deyə o, məktunda yazıb.

Bu müddət ərzində mesaj 1200 kilometr yol qət edib. O, Norveçin yaşayış olmayan Qosver adasına, oradan isə Helena Andreassenin əlinə düşüb. Məktubun məğzini oxuyandan sonra qadın internetdən Buşanı tapıb.

Hazırda 34 yaşında olan Buşan Avstraliyada yaşayır.

“Əvvəlcə butulkada mesaj göndərdiyimi xatırlamırdım, amma sonra məktəbdə etdiyimiz layihə ilə bağlı müəyən şeylər yadıma düşdü. Məktubu görən kimi indiki qədər səliqəli olmayan öz xəttimi tanıdım. Oxuyanda az qala gülməkdən ölürdüm, xüsusən də oğlanlara nifrətlə bitən son məni xeyli əyləndirdi”, - deyə Buçan hisslərini bölüşüb.

Buçan əlavə edib ki, uşaqlıqda ev tapşırığı yerinə plastilinindən xırda heyvanlar hazırlamağı xoşlayırdı, ona görə də anası bu hobbisini sevməyib. Qadın məktubun dənizdə bu qədər uzun müddət qalmasına və tapılmasına xeyli təəccübləndiyini bildirib.

“Həmin vaxt mənə dərs deyən müəllimim mənimlə əlaqə saxlayaraq, tapıntıdan məmnunluğunu ifadə etdi”, - deyə qadın əlavə edib.

Mənbə: Mirror

ƏN ÇOX OXUNANLAR

0.076381921768188