- 7
ENDİRİLİR
ENDİRİLİR
Əslində müqavimət İranın təklif etdiyi həll yolunu, yəni referendumu reallaşdırmaq üçün bir rıçaqdır
Fələstinin son yeddi onillikdə işğal tarixini iki dövrə bölmək olar - 1948-ci ildən 1978-ci ilə qədər. Yəni Fələstin torpağının işğalından Misirin sionist rejimlə kompromis müqaviləsi imzaladığı ilə qədər. Bu müddətdə Fələstin xalqının mübarizəsi daim ərəb hökumətləri tərəfindən idarə edildiyi üçün heç bir təsiri olmadı.
Hətta fələstinlilər də öz sərhədləri daxilində döyüşə bilmədilər və 1978-ci ilə qədər Fələstinin hüquqları uğrunda mübarizə aparan döyüşçülərin sayı ölkə hüdudlarından kənarda - Livan, Tunis, Küveytdə çox və effektli idi.
Bu hərəkatlar ərəb hökumətləri, xüsusən də Livanda dəstəkləndi və anti-sionist fəaliyyətlər həyata keçirdilər. Belə ki, Fələstin xalqının 1948-ci ildən 1978-ci ilə qədər apardığı mübarizə bu çərçivədə qalıb və müxtəlif məhdudiyyətlər üzündən fələstinlilər qanuni haqlarına nail ola bilmədilər.
1978-ci ildə İran İslam İnqilabının qələbəsindən 6 ay keçmiş, sionist rejimlə Misir arasında imzalanan sülh sazişindən sonra Fələstin mübarizəsinin şərtləri dəyişdi. Bu nöqtədə Fələstinin azadlığı uğrunda döyüşçülərinin səylərinin aşağı düşməsi yuxarıya doğru qalxmaya çevrildi və xalqın mübarizəsi fərqli bir forma aldı. Mübarizənin bu məqamında fələstinlilər hər üç qanuni hüquqlarını bir növ müdafiə edə bildilər.
İran İslam İnqilabından nümunə götürmüş Fələstin xalqının sionist rejimə qarşı mübarizələrinə islamçılıq ünsürü, yəni islami inanc və ideologiyanın daxil olması Fələstin ərazilərində sonradan İntifazə adlandırılan qiyamın yaranması ilə nəticələndi. O vaxta qədər dünya ictimai rəyi Fələstində bir fələstinli əhalisinin yaşayacağını düşünmürdü.
Dünya ənənəvi olaraq fələstinliləri İsrail adlı dövlətin tərkibində yaşayan, əksəriyyətinin də olduğu azlıq hesab edirdi. Fələstinlilər İran İslam İnqilabından ilhamlanıblar. Məhz o zaman müqavimət qüvvələri Fələstin ərazilərində tədricən inkişaf etdi və bir neçə ildən sonra Böyük İntifazə başladı. 1987-ci ilin böyük intifazəsından sonra fələstinlilər dünyaya sübut edə bildilər ki, torpaqda Fələstin kimliyi adlı bir kimlik də var və bu kimlik təkcə azlıq deyil, həm də çoxluq təşkil edir.
İlk Fələstin intifazəsi sonradan sionistlər və amerikalılar tərəfindən Oslo razılaşması ilə söndürülsə də, 2000-ci ildə dərhal Fələstində Əl-Əqsa adlı yeni bir intifazə yaradıldı və bu mübarizə həm sionist rejimi, həm də o vaxta qədər heç bir razılığa qol qoymayan, güzəştə, sülhə imkan yaratmayan müttəfiqlərini məğlub etdi.
Onları elə bir vəziyyətə gətirdi ki, daha əvvəl 6 milyona yaxın fələstinliyə əhəmiyyət vermir, addımbaşı ən adi insane hüquqlarını tapdalayırdılar. Daha doğrusu, bir daha təsdiqləndi ki, onların təhlükəsizliyini, iqtisadi, siyasi və sosial vəziyyətini idarə edə biləcək hökumət qurulmalıdır, azad Fələstin dövləti olmalıdır.
İran İslam Respublikası Fələstin dövlətinin yaranıb qəbul edilməsini dəstəkləyir. İşğalçı İsraili dövlət, hüquqi təsisat kimi tanımasa da, Fələstin dövlətinin mövcudluğu haqqını alqışlayır. Dənizdən çaya qədər tarixi Fələstin torpaqlarında tarixi, hüquqi dövlətin qurulmasına önəm verir. Fələstinlilər ikinci intifazədə qanuni hüquqlarının üç elementindən ikisini əldə edə bildilər.
Üçüncü hüququn, yəni Fələstin torpaqlarının geri alınması iddiasına gəlincə, Fələstin müqaviməti 2005-ci ildə, təxminən 60 ildən sonra işğal olunmuş Fələstin torpaqlarının bir hissəsini, yəni Qəzzanı azad edə bildi və həmin tarixi, mübariz məkan bu günlərdə Fələstin torpaqlarının əsas müqavimət mərkəzidir.
Qəzza zolağında cihad və müqavimət qrupları Fələstin xalqının qanuni hüquqlarını təmin edə bildilər və bu, onların hüquqlarının tam şəkildə həyata keçirilməsi olmasa da, qısa müddət ərzində çox şeyə nail oldular.
İran İslam Respublikasının Fələstin məsələsinə dəstək strategiyası daha çox müqəddəs Qüdsün azad edilməsinə yönəlib və İslam Respublikasına görə, müqəddəs Qüdsün qurtuluşu Fələstin torpaqlarının azadlığını əhatə edir.
Buna görə də İnqilabın Ali Məqamlı Rəhbərinin Fələstin çarəsi kimi qeyd etdiyi müqaviməti dəstəkləməklə yanaşı, rəhbərliyin qeyd etdiyi başqa bir həll yolu var ki, o da referendumdur və bu həll rəsmi olaraq Birləşmiş Millətlər Təşkilatına təqdim edilib.
Əgər demokratik həll yolu axtarsalar, bütün fələstinli etniklərin (hətta fələstinli mühacirlərin) iştirakı ilə işğal altındakı Fələstində referendumu dəstəkləyə bilərlər. Əslində müqavimət İran İslam Respublikasının təklif etdiyi həll yolunu, yəni referendumu reallaşdırmaq üçün bir rıçaqdır.
Mehdi Şəkibayi
Media Mədəniyyət Mərkəzinin rəhbəri