Əfsanəvi boksçu Mayk Tayson və bloger Ceyk Poll arasında keçirilən döyüş 2024-cü il üçün döyüş idmanlarında ən populyar hadisə olub.
Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Netflix”in məlumatına görə, döyüş 108 milyondan çox izləyici cəlb edib.
Təkcə ABŞ-də eyni vaxtda 38 milyon baxış qeydə alınıb.
“Tvision” analitik şirkəti qeyd edib ki, ABŞ-də həmin gün televiziyaya baxanların 56%-i bu mübarizə ilə bağlı olub.
Xatırladaq ki, Ceyk Poll noyabrın 16-da rinqdə M. Taysonu məğlub edib. 8 raund davam edən görüş C.Pollun 79:73 hesablı qələbəsi ilə bitib.