"Universitetlərdə 85-90 yaşında müəllimə işləməyə icazə verirlər, amma orta məktəbdə 65 yaşı tamam olan kimi fəaliyyəti dayandırılır. Bu səhiyyə müəssisələrində də belədir".
Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında deputat Məlahət İbrahimqızı deyib.
O bildirib ki, Əmək Məcəlləsində bununla bağlı maddələr götürülsün: "Fiziki sağlamlığına baxılsın, müəyyən parametrlər tətbiq olunsun. Universiteti bitirənlər, xaricdə oxuyanlar rayonlara getmirlər. Ona görə də kadr çatışmazlığı var".
Mürtəza
Ölkə.Az