2023-cü ilin oktyabrından Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində azı 17 492 uşaq həlak olub.
“Ölkə.az” xəbər verir ki, bu barədə anklav hakimiyyətinin mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, 35 mindən artıq azyaşlı valideynlərindən birini və ya hər ikisini itirib, 3 500-ə yaxını isə qida çatışmazlığından əziyyət çəkir.
Qəzza Səhiyyə Nazirliyinin daha əvvəl yaydığı məlumatlara görə, ümumilikdə 44 minə yaxın fələstinli anklavda gərginliyin qurbanı olub, 104 mindən çoxu isə yaralanıb.