• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda milyonluq şirkətlər arasında MÜBAHİSƏ – Şakir Musayev də məhkəməlik OLUB



“Beynəlxalq Lizinq” QSC Musayev Şakir Musa oğlunu və sədri olduğu “İnter Textile” ASC-ni məhkəməyə verib.

32gun.az xəbər verir ki, işə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Raqib Qurbanovdur.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və lizinq müqaviləsi üzrə mübahisələridir.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 1 milyon 260 min AZN olan “Beynəlxalq Lizinq” QSC-nin qanuni təmsilçi Vüqar Bədəlov Şakir oğludur. O 2018-ci ildə sözügedən QSC-yə rəhbər təyin olunub.

Nizamnamə kapitalı 1 milyon 530 min manat (1530434AZN) olan “İnter Textile” ASC- nin qanuni təmsilçi Musayev Şakir Musa oğludur.

“İnter Textile” ASC 20.12.2000 Dövlət qeydiyyatına alınıb.

Mətbuatda gedən məlumatlara görə, “Inter Textile”nin Azərbaycan Beynəlxalq Bankının sabiq idarə heyətinin sədri Cahangir Hacıyevin biznes-şəbəkəsinə daxil olub. ASC-nin idarə heyətinin sədri Şakir Musayev Cahangir Hacıyevin rəhbərlik etdiyi qruplaşmanın üzvü olub.

ƏN ÇOX OXUNANLAR

0.049830198287964