• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Komitə sədri: Bütün problemlərin səbəbkarları onlardır



Torpaqlarımız işğal altında qalmasaydı, indi bir dənə də qəzalı məktəb, bağça olmazdı.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentdə büdcə zərfinin müzakirəsi zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, ölkədəki bütün problemlərin səbəbkarları Əli Kərimli, İsa Qəmbərlərdir.

"Bu gün Azərbaycanda olan problemlərin səbəbkarları elə ABŞ və Fransa kimi dövlətlər, Əli Kərimli, İsa Qəmbərlərdir. Onlar torpaqlarımızın düşmənə verilməsinə səbəb olublar. ABŞ və Fransa 30 ildə Ermənistanın işğalına qarşı çıxmadı, əksinə, onları dəstəklədilər", - o qeyd edib.

Deputat əlavə edib ki, 30 il Azərbaycan 1 milyon qaçqına sosial yardım edib, yataqxanalar tikilib: "İşğal olmasaydı, qaçqın və köçkünlərin sosial mühitinə vəsaitlər xərclənməsəydi, bir dənə də qəzalı məktəb, bağça qalmazdı. İşğaldan azad olunan ərazilər əkilər, becərilər ölkəyə məhsul verərdi. Bu həqiqətləri düşmənlər yaxşı bilsələr də, əhalinin sosial durumunu, iqtisadiyyatı barədə yalan məlumatlar verirlər. Amma vətəndaşlarımız reallığı daha yaxşı bilir”. 

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 10
"Qarabağ"da ciddi itki
0.014098167419434