• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Suriyadakı vəziyyəti müzakirə edib



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Onlar Suriyadakı vəziyyəti müzakirə ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Suriyanın ərazi bütövlüyünü dəstəkləyir.

Telefon danışığı zamanı Türkiyə-Rusiya ikitərəfli əlaqələri ilə yanaşı, qlobal və regional məsələlər də müzakirə edilib.

Kremlin mətbuat xidmətindən bildirilib ki, söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub:

“Suriyada kəskin şəkildə pisləşən vəziyyət ətraflı müzakirə edilib. Ölkələrin liderləri nizamlanma yollarını tapmaq üçün əlaqə saxlamağa razılaşıblar. Liderlər həm ikitərəfli formatda, həm də Astana prosesi çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Suriyada vəziyyətin normallaşdırılmasında Rusiya, Türkiyə və İranın gələcək yaxın koordinasiyasının vacibliyini qeyd ediblər”.

 

ƏN ÇOX OXUNANLAR

  • 11
"Qarabağ"da ciddi itki
0.022516965866089