80 yaşlı Tayyibe Yavuz toyuqları hinindən oğurlayan tülkünü əli ilə tutub.
Ölkə.Az xəbər verir ki, hadisə Batmanın Sason rayonunun Gürgənli kəndində baş verib.
80 yaşlı Tayyibe nənə hinindəki toqyularını azaldığını görür və ondan sonra hinin yanında toyuqlarını gözləməyə başlayır. Toyuqlarını gözləyən zaman tülkünün hinə yaxınlaşaraq girdiyini görür. Tayyibe nənə toyuğu tutub aparmaq istəyərkən tülkünü əlləri ilə tutur.
Tayyibe nənənin tülkünü yaxalaması mobil telefon tərəfindən çəkilib.
Videoda ərəbcə danışan Tayyibe nənə tülkünü necə tutduğunu soruşduqda deyir: “Toyuqlarımı yeməyə hazırlaşarkən hində tutdum”.
Tayyibe nənə tülküyə yemək verərək onu buraxıb. Tülkü həyətdə bir qədər dolaşdıqdan sonra kəndi tərk edib.
Mürtəza
Ölkə.Az