• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Nazirlərin görüşü qalmaqalla bitib, brifinq ləğv edilib



Almaniyanın xarici işlər naziri Annalena Berbokun Çinə səfəri qalmaqalla yekunlaşıb. Nəticədə Almaniya və Çinin XİN rəhbərlərinin görüşünün yekununa həsr olunan brifinq ləğv edilib.

Ölkə.Az "Bild"ə istinadən xəbər verir ki, Çin hakimiyyəti Almaniyanın xarici işlər naziri Annalena Berboku  səfərini kəskin tənqid edib. 

Nəşr qeyd edir ki, Berbokun Çinə səfəri zamanı Berlin və Pekin arasında münasibətlərin  pisləşməsinə səbəb olub. Görüş zamanı almaniyalı nazir Çini Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləməkdə ittiham edərək, Pekinin Moskvaya iqtisadi və hərbi yardımının Avropa maraqlarına zidd olduğunu qeyd edib.
Çin tərəfi də öz növbəsində səslənən ittihamları rədd edib. 

Çin XİN sözçüsü  Almaniya XİN rəhbərinin sözlərini “əsassız ittihamlar və siyasi spekulyasiyalar” adlandırıb.

"China Daily" nəşri isə Pekinin mövqeyini aşıqlayara yazıb ki,  münaqişələr "silah və sanksiyalarla deyil, çeviklik və uzaqgörənliklə" həll edilməlidir. 

Qeyd edək ki, Almaniya XİN başçısı Annalena  Berbokla Çinin xarici işlər naziri Vanq Yi görüşünün yekunundan razı qalmayan və onun bu hərəkətinə dözməyən  Pekin birgə mətbuat konfransını ləğv edib.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Qarabağ"da ciddi itki
0.015758037567139