• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Beyləqanlılara ŞAD XƏBƏR: İcra başçısı Asif Ağayev yaxın günlərdə vəzifəsindən UZAQLAŞDIRLACAQ



İcra başçısı vəzifədən azad olunacaq və məsuliyyətə cəlb olunacaq - mənbə belə deyir

Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin vəzifədən azad edilməsi ilə bağlı ciddi müzakirələrin getdiyi və yekun qərar qəbul olunduğu bildirilir.

Bu barədə RealMedia.az -ı məlumatlandıran mənbə idda edir. Mənbənin sözlərinə görə, son vaxtlar Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin rəvac verdiyi bir sıra qanunsuz əməlləri və korrupsiya hüquqpozmaları ilə bağlı Prezident Administrasiyasına daxil olmuş vətəndaş müraciətləri ölkənin aidiyyəti orqanları tərəfindən araşdırlır.

Araşdırmalar nəticəsində müraciətlərdə qeyd olunan korrupsiya faktlar təsdiqini tapıb. Bununla bağlı Prezident Administrasiyasına məruzə olunub. Bu səbəbdən də icra başçısının vəzifəsindən azad edilməsi barədə yekun qərar qəbul olunub.

Mənbə onu da iddia edir ki, icra başçısının vəzifədən azad edilməsi barədə qəbul olunmuş qərar hələlik gizli saxlanılır. Səbəb isə icra başçısı barəsində araşdırmaların davam etdiyi bildirilir. Lakin ən qısa vaxtda qərarın açıqlanacağı gözlənilir.

Mənbə iddia edir ki, icra başçısının vəzifədən azad olması barədə qərar açıqlandıqdan sonra, onun istintaqa cəlb olunaraq həbs olunacağını deyir.

Mənbə RealMedia.az

ƏN ÇOX OXUNANLAR

0.051410913467407