• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tokio Olimpiadası: Azərbaycan idmançısı medal üçün erməni ilə güləşəcək



Azərbaycan güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio Olimpiadasında ölkəmizə üçüncü bürünc medalı qazandıra bilər.

Baki.Media xəbər verir ki, o, bu gün bürünc medal üçün təsəlliverici yarışa çıxıb.

Lamyed Maafini (Tunis) 11:1 hesabı ilə məğlub edən ikiqat Avropa çempionu, dünya mükafatçımız bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi ikiqat Avropa mükafatçısı Karapet Çalyan (Ermənistan) olacaq. Bu bürünc medal uğrunda görüş Bakı vaxtı ilə saat 14:30-da olacaq.

Qadın güləşçimiz Elis Manolova (68 kq) Meerim Cümənəzərovaya (Qırğızıstan) uduzaraq medalsız qalıb.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

0.64185690879822