• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakı Şəhər İcra Hakimiyyətinin 600 minlik tender verdiyi şirkətin RƏHBƏRİ KİMDİR? – FAKTLAR



“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Feniks-AA” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Valyuta.az xəbər verir ki, maliyyə dəyəri 580 300 AZN olan müqavilədə “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması nəzərədə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Feniks-AA” MMC 6 noyabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 152, mənzil 66-da yerləşir. MMC-nin qanuni təmsilçisi Aydınlı Aydın İlqar oğludur.

“Feniks-AA” MMC 2001-ci ildən fəaliyyət göstərsə də, haqqında açıq mənbələrdə məlumatlar məhdudddur. Yerli mediada şirkətin bir neçə iri məbləğli tenderlərin qalibi olması barədə xəbərlər dərc edilib.

Aydın Aydınlıya gəlincə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovun oğludur. İlqar İsbatov 2002-2008-ci illərdə “Feniks-AA” MMC-nin direktoru vəzifəsində çalışıb. 2008-ci ildən 2019-cu ilin iyun ayına qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru olub. 19 iyun 2019-cu il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

İlqar İsbatov 9 aprel 2010-cu il tarixdə “Tərəqqi” medalı ilə təltif edilib. 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı fəxri adını alıb. 18 dekabr 2017-ci il tarixdə isə “Şöhrət ordeni” ilə təltif edilib.

Aydın Aydınlının adı gündəmə ilk dəfə 2011-ci ildə gəlib. Həmin il atasına məxsus “Ranger Rover” markalı, 90 FZ 100 nömrəli idarə edən Aydın Aydınlı saat 21:30-da Cavadxan küçəsində 2 yaşlı Altay Rəhimov ad soyadlı uşağı vurub. Həmin uşaq xəstəxanada vəfat edib. Hadisənin sonrakı gedişatı barədə hər hansı məlumat yoxdur.

Satınalma müsabiqəsinin qalibi olan “Feniks-AA” şirkətinin hazırda 1845.38 AZN vergi borcu var. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin tenderdə iştirakı qadağandır.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. 18 fevral 2019-cu ildə qeydiyyata alınan MMC-nin qanuni təmsilçisi Əliyev Abit Sadiq oğludur. Avib Əliyev Bakının cira başçısı Eldar Əzizova yaxın şəxs sayılır. Eldar Əzizov Gəncəyə icra başçısı təyin ediləndən Abit Əliyev onun yanındadır.

Mənbə Valyuta.az

ƏN ÇOX OXUNANLAR

0.013526916503906