• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İsmayıılı rayonunun Kürdmaşı kəndin sakinləri “TENDER KRALI"NDAN NARAZIDIR: Əkinə yararlı sahələrin bir qismini ƏLƏ KEÇİRİB?



İsmayıılı rayonunun Kürdmaşı kəndində narazılıq yaranıb.

Pia.az sosial şəbəkələrdə yayılan məlumata istinadla xəbər verir ki, kənd sakinləri əkinə yararlı sahələrin bir qismini SOCAR-ın Təchizat İdarəsinin rəis müavini Fuad Həziyev tərəfindən ələ keçirildiyini iddia edirlər.

Kənd sakinləri Prezidentə müraciət edərək, bu məsələnin nəzarətə götürülməsini xahiş edir, tədbir görülməsini istəyirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl xəbər saytlarında Fuad Həziyevin həyat yoldaşı Aytən Əzizovanın adına həmin kəndin ərazisində şərab zavodu təsis etməsi, eyni zamanda, bu kənddə kənd təsərrüfatı ilə məşğul olması barədə xəbər yayılıb.

Həmin xəbərdə o da iddia olunur ki, adıçəkilən məmur bununla da kifayətlənməyərək, Bakıda fəaliyyət göstərən, dəyəri 6 milyon manatı aşan “Bakıspirt” zavodunun da qeyri-rəsmi sahibidir.

Qeyd edək ki, zavodun rəsmi WEB səhifəsində bu biznes şəbəkəsinin 2021-ci ildə yaradıldığı və qısa zamanda ABSOLUTE ORGANIC, ORGANIC NATION, HAYAT VODKA, BLACK SCORPION, BUSINESS LINE, ABSOLUTE VODKA, ABSOLUTE CLASSIC, ВАКЦИНА, ЗЕРО və sair çeşiddə araq məhsullarının istehsal olunduğu bildirilib.

Mənbə Pia.az

ƏN ÇOX OXUNANLAR

0.068257093429565