- 6
ENDİRİLİR
ENDİRİLİR
Bu gün Tovuz döyüşlərinin ildönümüdür.
Xatırladaq ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi artırmaq məqsədilə növbəti hərbi təxribat törətməklə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaqla hücuma keçmək cəhdi edib.
Bir neçə gün davam edən döyüşlər zamanı hücum cəhdinin qarşısı alınıb, düşmənə sarsıdıcı zərbələri endirilib.
Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edilib. Ordumuz düşmənin 100-ə qədər canlı qüvvəsini, çoxlu sayda hərbi texnikasını və mühüm obyektlərini məhv edib.
Azərbaycan Ordusu da döyüşlərdə itki verib.
Tovuz döyüşləri şəhidlərimiz:
General-mayor Polad İsrayıl oğlu Həşimov
Polkovnik İlqar Anzor oğlu Mirzəyev
Mayor Anar Gülverdi oğlu Novruzov
Mayor Namiq Hajan oğlu Əhmədov
Baş leytenant Rəşad Rəşid oğlu Mahmudov
Çavuş Vüqar Lətif oğlu Sadıqov
Gizir İlqar Ayaz oğlu Zeynallı
Gizir Yaşar Vasif oğlu Babayev
Baş əsgər Elşad Dönməz oğlu Məmmədov
Əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov
Əsgər Elçin Arif oğlu Mustafazadə
Əsgər Nazim Əfqan oğlu İsmalıyov
Düşmənin atdığı mərminin Ağdam kəndində evlərdən birinə düşməsi nəticəsində mülki şəxs, 76 yaşlı ev sahibi Əziz Əliyev də şəhid olub. Bundan başqa, ermənilərin artilleriya və minaatan zərbələri nəticəsində Tovuz rayonunun Ermənistanla sərhəd olan bir neçə kəndində evlərə, inzibati binalara, mülki obyektlərə, məktəblərə ciddi ziyan dəyib.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və Polkovnik Mirzəyev İlqar Anzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.