- 10
ENDİRİLİR
ENDİRİLİR
“Azərenerji” ASC külli miqdarda büdcə pullarını tender adı altında "göyə sovurur" və həmin tenderlərdə də son zamanlar “Mix Pro” MMC qalib gəlir.
Araşdırmamız zamanı aydın oldu ki, Azenerji” rəhbərliyi sən demə, “Mix Pro” MMC ilə çoxdanın tender partnyorudur və onların ortaqlığı hər iki tərəfə külli miqdarda büdcə pullarını mənimsəmə fürsəti tanıyır.
Bir neçə gün öncə “Azərenerji” ASC yanğından mühafizə vəsitələri və ehtiyat hissələrinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
Həmin 943 min manatlıq tenderin qalibi isə yenə “Mix Pro” MMC-dir.
Hələliksə şübhəli qalan “Mix Pro” MMC ilə “Azenerji” ortaqlığını ifadə edən daha iki faktı xatırladırıq və qeyd edirik ki, bu ortaqlıq ifadələri onlarladır və nəticədə milyonlarla vəsait “Mix Pro” MMC-yə həvalə olunub.
Həmin faktlardan biri 8 may, 2021-ci ildə “Azərenerji” ASC informasiya texnologiya avadanlıqlarının servis xidmətinə 140 min manata yaxın vəsait xərcləyib. Tenderin qalibi açıqlanıb və “Azərenerji” “Mix Pro” MMC ilə müvafiq müqavilə bağlayıb. Müqavilənin dəyəri 139 min 573,94 manat olub.
Digər fakt isə 17 avqust, 2021-ci ildə “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti keçirdiyi tenderin qalibini elan edib. Müxtəlif növ sərfiyyat mallarının satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi “MİX PRO” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti həmin vaxt tenderin qalibinə 721 min 790 manat ödəyib.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.